
Sabiq futbolçu “Mançester Siti”nin uğursuzluğundan danışdı
İngiltərə millisinin sabiq futbolçusu Pol Qaskoyn “Mançester Siti”nin 2024/2025 mövsümündəki uğursuzluğu haqda danışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, məşqlərin monotonluğu və rutinliyinin futbolçuların əhval-ruhiyyəsinə təsir etdiyini söyləyib:
“Komandanın pis seriyası var idi. Bəzən futbolçular monotonluqdan, eyni məşqlərdən, məşqçilər heyəti ilə təkrar söhbətlərdən sıxılırlar. Bütün bunlar onların çıxışlarına təsir edə bilər”.
“Mançester Siti” azarkeşlərin və ekspertlərin ümidlərini doğrultmayaraq, mövsümün sonunda Premyer Liqanı üçüncü pillədə başa vurub. Komanda İngiltərə kubokunun finalına yüksəlib, lakin Liqa kubokunun dördüncü mərhələsində mübarizədən kənarlaşdırılıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



