“Mançester Siti”nin futbolçusu “Real”ın stadionundan şikayətləndi
“Mançester Siti”nin yarımmüdafiəçisi Rodri Çempionlar Liqasının 1/4 final mərhələsinin “Real”la ilk oyunundan (3:3) sonra matçdakı vəziyyəti şərh edib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, “Real”ın stadionunun qazonundan şikayətlənib:
“Meydança çox yaxşı deyildi. Oynamağımızı nəzərə alsaq, bu, bizə bir az zərər verdi. Biz bəhanə gətirmirik. Çox vaxt bunu yuxarıdan görmürsən, bəzən kənardan hər şeyin qaydasında olduğu görünür, amma sahədə bunun belə olmadığını başa düşürsən. Top ilişib ətrafa sıçrayırdı. Amma yenə deyirəm, bu bəhanə deyil. “Santyaqo Bernabeu” stadionu həmişə yaxşı olub, onlar burada həmişə ən yaxşı şəraiti yaradırlar, bu mənada heç bir şikayətimiz yoxdur”.
Komandalar arasında cavab oyunu aprelin 17-də Mançesterdə baş tutacaq.
Bizi Facebook-da izləyin