“Bəzən həyat bizə sürprizlər təqdim edir”

“Mançester Yunayted”in braziliyalı vingeri Antoni “Betis”ə transferinin alınmaması barədə sosial şəbəkədə paylaşım edib.

Komanda.az xəbər verir ki, 24 yaşlı futbolçu sosial şəbəkə hesabındakı paylaşımında bəzən həyatın sürprizlər təqdim etdiyini bildirib:

“Əzizlərimin, doğmalarımın əhatəsində. Bəzən həyat bizə sürprizlər təqdim edir”.

“Betis” ötən mövsüm Antoni ilə icarə əsasında əməkdaşlıq etmişdi. O, İspaniya klubunun heyətində 26 oyuna çıxaraq, 9 qol və 5 məhsuldar ötürmə ilə yadda qalmışdı.

Ancaq bu dəfə “Betis” Antoninin birdəfəlik transferindən imtina edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button