“Bəzi insanlar düşünür ki, mən çox pul qazanıram və məşq etmirəm” – De Yonq

“Barselona”nın yarımmüdafiəçisi Frenki de Yonq zədəsi ilə bağlı əvvəllər mətbuatda yayılan şayiələrə münasibət bildirib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu deyib:

“Onlar mənim haqqımda çox şey dedilər. Əməliyyat olmaq istəmədiyimi və mənə çoxlu pul ödədiklərini. Şayiələrdə 37 milyon avroya yaxın rəqəmlər var idi, lakin reallıq bu rəqəmdən uzaqdır. Mən heç o məbləğə yaxın da qazanmıram. Bəzi insanlar düşünür ki, mən çox pul qazanıram və məşq etmirəm. Amma bu, doğru deyil”.

Daha əvvəl “Barselona”nın gələn yay De Yonqu satmaq istədiyi ilə bağlı məlumatlar yayılıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button