![](https://komanda.az/wp-content/uploads/2024/09/arne-slot.jpg)
Slot “Liverpul”un güclənməsinin səbəbini açıqladı
“Liverpul”un baş məşqçisi Arne Slot komandasının cari mövsümdə niyə inkişaf etdiyini açıqlayıb.
Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, niderlandlı çalışdırıcı güclənmələrinin iki səbəbi olduğunu bildirib:
“Məncə, güclənməyimizin iki səbəbi var. Birincisi, tez-tez birlikdə oynayırsızsa, sizdən nə gözlənildiyini daha yaxşı başa düşəcəksiz. İkincisi, mən inanıram ki, nə qədər çox oyun oynasan, bir o qədər güclü olursan, o cümlədən fiziki cəhətdən. Bəzi insanlar düşünür ki, çox oynayanda yorulursan, amma məncə, bu belə deyil”.
“Liverpul” dünən İngiltərə Liqa kubokunun yarımfinal mərhələsinin cavab oyununda “Tottenhem”i məğlub edərək (4:0), adını turnirin finalına yazdırıb.
Mersisayd klubu Premyer Liqada 23 turdan sonra turnir cədvəlində 1-ci pillədə qərarlaşıb.
Bizi Facebook-da izləyin