Bəybalayev ehtiyatda qaldı, komandası evdə xal itirdi
Futbol üzrə Gürcüstan çempionatında 21-ci turun oyunları keçirilib.
Komanda.az xəbər verir ki, azərbaycanlı yarımmüdafiəçi Vüqar Bəybalayevin formasını geyindiyi “Telavi” də növbəti matçına çıxıb.
Sözügedən kollektiv doğma meydanda “Samqurali” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 1:1.
Vüqar bu görüşün iştirakçısı olmayıb. 27 yaşlı futbolçu sonadək ehtiyatda qalıb.
“Telavi” cari mövsümdə keçirdiyi 21 oyunda 19 xal toplayıb və 10 iştirakçı arasında 9-cu pillədə qərarlaşıb.
Qeyd edək ki, “Neftçi”nin UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsindəki rəqibi olan Tiflis “Dinamo”su da hesabat turunda doğma meydanda Batumi “Dinamo”suna 1:2 hesabıyla yenilib. 21 turdan sonra Batumi “Dinamo”su 43 xalla 1-ci, Tiflis “Dinamo”su isə 41 xalla 2-cidir.
Bizi Facebook-da izləyin