Bəxtiyardan uğursuz debüt, Coşqun üçün 90 dəqiqə
Türkiyənin 1-ci liqasında 3-cü turun oyunları keçirilir.
Komanda.az xəbər verir ki, azərbaycanlı yarımmüdafiəçi Coşqun Diniyevin formasını geyindiyi “Ümraniyəspor” bu turda “Sakaryaspor”un qonağı olub.
Diniyev 1:1 hesabıyla bitən bu oyunda 90 dəqiqə meydanda olub.
Digər azərbaycanlı futbolçu – Bəxtiyar Həsənalızadənin formasını geyindiyi “Tuzlaspor” isə bu dəfə doğma meydanda “Eyüpspor”la qarşılaşıb və 0:5 hesabıyla uduzub. Həsənalızadə bu görüşə start heyətdə başlamaqla yeni komandasında rəsmən debüt edib. Lakin o, debüt matçının 27-ci dəqiqəsində, hesab 0:3 olarkən əvəzlənib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin