DÇ-2022: “Qalib olmaq istəyirəm” – Van Qal

Niderland yığmasının baş məşqçisi Lui van Qal DÇ-2022 öncəsi mətbuat konfransında iştirak edib.

Komanda.az xəbər verir ki, niderlandlı mütəxəssis mundialın qalibi olmaq istədiyini bildirib. 71 yaşlı baş məşqçi futbolun yalnız taktikadan ibarət olmadığını deyib:

“Mən dünya çempionatında qalib olmaq istəyirəm. Hədəfi özünüz təyin etməlisiz. Bu, ona çatmağa kömək edə bilər. Bəlkə, kimsə məni çox iddialı hesab edəcək. Futbolçularıma inanıram. Futbol yalnız taktika ilə məhdudlaşmır, bəxt də lazımdır. Özümü şanslı hesab edirəm”.

DÇ-2022 noyabrın 20-dən dekabrın 18-dək Qətərdə keçiriləcək. Niderland millisi qrup mərhələsində Qətər, Ekvador və Seneqalla mübarizə aparacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button