“Bərabərlik də ədalətli nəticə olardı” – Rəşad Sadıqov
“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 33-cü turu çərçivəsində “Turan Tovuz”a qarşı keçirdikləri səfərə oyunundan sonra fikirlərini bölüşüb.
Komanda.az xəbər verir ki, o, 2:1 hesabıyla qalib gəldikləri oyundan sonra bunları dilə gətirib:
“Meydanda böyük savaş getdi. Hər iki komanda istəkli idi. İlk yarıda fərqi artıra bilərdik. İkinci hissədə rəqib təzyiqi artırdı, növbəti dəqiqələrdə isə oyunu bərabərləşdirdi. Hər iki komanda qələbə qazana bilərdi. Bərabərlik də ədalətli nəticə olardı. Futbolçularımı təbrik edirəm. Səfərdə xarakter göstərdilər. Çox vacib olan 3 xal qazandıq.
Mənim yerimdə kim olsaydı, Sezar Meza Kollini meydana buraxardı. Heyətdə sağlam rəqabət var. Lazım olan dəqiqədə dəyişiklik etdik. Meydana sonradan daxil olanların hamısı yaxşı performans göstərdi. Tovuzda oynamaq çətindir. Xüsusilə də, texnikalı futbol oynamaq çətindir.
Rüstəm Əhmədzadənin yoxluğu bizim üçün böyük itkidir. İki gün əvvəl məşqdə zədəsi pisləşdi. Dəqiq durumunu hələ bilmirik.
Hakimlikdən çox danışmaq istəmirəm. Bizim oyunlarda olan hakim qərarları göz qabağındadır. Baş məşqçilərin fikirlərini oxumamışam. Çalışıram ki, mətbuatdan uzaq olum”.
Bizi Facebook-da izləyin