CAS Bəhlul Mustafazadə ilə bağlı qərarını açıqlayıb

İdman Arbitraj Məhkəməsi (CAS) futbolçu Bəhlul Mustafazadənin transferi ilə bağlı “Sabah” və Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Əyn” klubu arasında olan mübahisəli məsələylə bağlı qərar verib. 

Komanda.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

CAS “Əl-Əyn”in şikayətini təmin etməyərək, FİFA-nın daha öncə Azərbaycan klubunun xeyrinə qəbul etdiyi qərarı qüvvədə saxlayıb. Qərarda “Əl-Əyn” klubunun 2021-ci ildə bağlanmış müqaviləyə əsasən Bəhlul Mustafazadənin transferi üçün nəzərdə tutulmuş məbləği “Sabah”a ödəməli olması qeyd edilib.

Xatırladaq ki, Bəhlul Mustafazadə 2019-21-ci illərdə “Sabah”da çıxıb edib. O, 2021-ci ilin yayında “Əl-Əyn”ə keçsə də, sonradan transfer məsələsində yaranan problemlər görə Azərbaycana qayıdıb və “Qarabağ”la müqavilə imzalayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button