Bəhlul Mustafazadə: “Məqsədimiz qol vurmaq və yaxşı nəticə qazanmaqdı”
Futbol üzrə Azərbaycan milli komandasının müdafiəçisi Bəhlul Mustafazadə AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində Slovakiya yığmasına qarşı keçirəcəkləri oyundan öncə fikirlərini bölüşüb.
Komanda.az xəbər verir ki, bu gün Trnavada təşkil olunan mətbuat konfransına qatılan oyunçu məqsədlərinin çətin səfər oyununda xal qazanmaq olduğunu bildirib:
“Sabahkı görüşün çətin olacağını bilirik. Rəqibin mərhələ adlamaq şansı var. Mənə görə Slovakiya qrupdakı ikinci ən güclü komandadı. Sabahkı matçda vuruşacağıq, əlimizdən gələni edəcəyik ki, xal qazanaq”.
“Hamşik kimi futbolçudan Azərbaycan yığmasının müdafiə xətti haqda müsbət fikirlər eşitmək xoşdu. Amma yalnız müdafiədə çıxış edənləri fərqləndirməzdim. Bütün komanda çalışacaq ki, uğur qazanaq. Məqsədimiz qol vurmaq və yaxşı nəticə qazanmaqdı”.
Qeyd edək ki, sabah Trnavadakı Anton Malatinski adına Stadionda keçiriləcək Slovakiya – Azərbaycan matçına Bakı vaxtı ilə saat 23:45-də start veriləcək.
Bizi Facebook-da izləyin