Byelsanın təyinatı rəsmən açıqlandı

Uruqvay yığmasının yeni baş məşqçisi müəyyənləşib.

Komanda.az xəbər verir ki, bu posta argentinalı mütəxəssis Marselo Byelsa təyin olunub.

Uruqvay Futbol Federasiyasının rəsmi saytının yaydığı məlumata görə, 67 yaşlı mütəxəssislə müqavilə 2026-cı ilə qədər nəzərdə tutulub.

Byelsa bu postda Dieqo Alonsonu əvəz edib. Argentinalı məşqçi son olaraq İngiltərənin “Lids” komandasına rəhbərlik edib. O, 2022-ci ilin fevralından işsiz idi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button