Buz meydançası istifadəyə verildi – Bakıda

Gənclər və İdman Nazirliyi tərəfindən Heydər Əliyev adına İdman-Konsert Kompleksində buz meydançası istifadəyə verilib.

Komanda.az xəbər verir ki, bununla bağlı idman obyektində açılış mərasimi təşkil olunub.

Tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, müavini Mariana Vasileva, olimpiya çempionları, idman səfirləri və federasiya rəsmiləri iştirak ediblər.

Meydança ölkədə fiqurlu konkisürmənin inkişafına təkan məqsədilə istifadəyə verilib.

Burada hokkey idman növünün inkişafı üçün tələb olunan imkanlar da mövcuddur.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button