Bütün yarımfinalçılar bəlli oldu
Futbol üzrə Almaniya kubokunda 1/4 final mərhələsinə yekun vurulub.
Komanda.az xəbər verir ki, sonuncu oyun günündə üç qarşılaşma baş tutub.
Səfərdə “Hannover”lə qarşılaşan “Leypsiq” 4 cavabsız qolla qalib gələrək yarımfinala yüksəlib.
Dörd qolun qeydə alındığı “Hamburq” – “Karlsrue” matçında əsas vaxt heç-heçə bitib. Qalib isə penaltilər seriyasında müəyyənləşib. Sonda sevinən tərəf “Hamburq” olub.
Son olaraq səfərdə “Bohum”u üstələyən “Frayburq” da növbəti mərhələyə yüksəlib.
Almaniya kuboku, 1/4 final
1 mart
Union Berlin – Sankt Pauli 2:1
Qol: Bekker, 45. Voqlzammer, 75 – Kyereh, 21.
2 mart
Hamburq – Karlsrue 2:2 (penaltilər 3:2)
Qol: Qlatsel, 52; 90+1 – Hayse, 40. Hofmann, 50.
Hannover – Leypsiq 0:4
Qol: Nkunku, 17; 22. Laymer, 67. A.Silva, 73.
Bohum – Frayburq 1:2
Qol: Polter, 64 – Petersen, 51. Sallai, 120.
Bizi Facebook-da izləyin