“Bütün təbriklər oyunçulara düşür” – Samir Abasov

“Neftçi”nin baş məşqçisi Samir Abasov Premyer Liqanın 10-cu turu çərçivəsində “Səbail”ə qarşı keçirdikləri ev oyunundan sonra fikirlərini bölüşüb.

Komanda.az xəbər verir ki, o, 3:1 hesablı qələbə barədə bunları söyləyib:

“Nə qədər həyəcanlı olduğumu ifadə edə bilmərəm. Bilirəm ki, məndən, komandamdan, futbolçulardan gözləntilər nə qədərdir. Bütün təbriklər oyunçulara düşür. Baş məşqçinin 4-5 gün ərzində nələrisə dəyişməsi mümkünsüz bir şeydir. Görüləcək işlər çoxdur.

Söz-söhbətləri biz də eşidirdik. Bura gələndə qruplaşmaların olması ilə rastlaşmadım.

Bir baş məşqçi olaraq bu futbolçuların əksəriyyətini tanımıram. Tanıdığım 2-3 futbolçu qalıb. Bu qərarım müvəqqətidir. Amma daimi də ola bilər. Rzaya kapitanlığı verməyimi təcrübəli oyunçular da qəbul etdilər və məni anladılar. Onlarla etdiyim söhbəti burada danışmaq istəmirəm. İndidən bir-birimizi yaxşı qəbul etsək, yaxşı yerlərə çata bilərik. Hazırda məqsəd kapitanın kimliyi deyil. Əsas məqsədimiz meydanda baş verən proseslərdir.

Bura gəlməyimdə bəzi səbəblər oldu. Bunu açıqlamaq istəmirəm. “Neftçi”də ən yüksək hədəflər qoyulur, qoyulacaq da. Hədəflərimiz yüksəkdir. İnanıram ki, buna çatacağıq”.

Nəzrin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button