İspaniyalı futbolçu ancaq “Barselona”da oynamaq istəyir
“Leyptsiq”in ispaniyalı yarımmüdafiəçisi Dani Olmo karyerasını “Barselona”da davam etdirmək istəyir.
Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi digər klublardan gələn bütün təklifləri rədd edir.
Olmo “Barselona” akademiyasının məzunudur. O, 2007-2014-cü illərdə Kataloniya klubunun sistemində olub.
Olmo 2020-ci ildən “Leyptsiq”də oynayır. Tərəflər arasında mövcud müqavilə 2027-ci ilin iyun ayının sonunda başa çatır. “Transfermarkt” futbolçunun dəyərini 60 milyon avro qiymətləndirir.
Olmo İspaniya millisinin heyətində AÇ-2024-ün qalibi olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin