Luis Suaresin bir neçə variantı
Uruqvaylı hücumçu Luis Suares karyerasını ABŞ-ın MLS liqasında davam etdirə biləcəyini deyib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bütün təkliflərə açıq olduğunu bildirib:
“Bir neçə variantım var, hər şeyi təhlil etməliyəm. MLS-də bazar çox mürəkkəbdir. Bəzi klublar mənimlə müqavilə bağlamaq istəyir. Mən qapıları bağlamıram və bütün təklifləri dinləməyə hazıram. Amma fakt budur ki, pley-offa çıxa bilməyən MLS komandaları mövsümü oktyabrın əvvəlində başa vurur. Mənim üçün bu, sərfəli deyil, çünki noyabrın ortalarında dünya çempionatı olacaq. Qətərdəki dünya çempionatının başlamasına bir ay qalmış fasilə mənim üçün o qədər də yaxşı deyil”.
35 yaşlı hücumçu hazırda azad agentdir. Onun son klubu 2020-ci ilin sentyabrından çıxış etdiyi “Atletiko” olub. Suares ötən mövsüm Madrid təmsilçisinin heyətində bütün yarışlarda 45 matçda 13 qol vurub və 3 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin