Diniyev: “Gələcək turnirlərdə Santuş üçün artıq bəhanə olmayacaq”

“Qarşıdakı oyunlar millimiz üçün turnir baxımından çox vacibdir”.

Bunu Komanda.az saytına açıqlamasında Azərbaycan yığmasının sabiq baş məşqçisi Şahin Diniyev deyib. Bir müddət əvvəl “Səbail”dən ayrılan mütəxəssis qarşıdak oyunlarda Azərbaycan millisindən gözləntilərini bölüşüb:

“Qarşıdakı oyunlar millimiz üçün turnir baxımından çox vacibdir, liqadan liqaya düşmək üçün keçərli oyunlardır. D Liqasına düşməmək üçün Estoniya yığmasına qalib gəlmək lazımdır. Şansımızı İsveçə saxlamaq düzgün olmayacaq.

Fernandu Santuş yeni gəlib və bizim milli ilə ilk yüksək səviyyəli turniridir. Futbolçuları tanımaq üçün zamana ehtiyacı var. Bunları bir məşqçi kimi, həmkar kimi deyirəm. Hər dəfə görürsüz ki, rotasiyalar, dəyişikliklər etməyə çalışır. Bu matçlar gələcəkdə keçiriləcək Avropa çempionatının seçmə oyunlarına yaxşı bir hazırlıq olacaq. Gələcək turnirlərdə Santuş üçün artıq bir bəhanə olmayacaq. Bu mərhələdə hər bir şeyi gördü, hansı mövqelərdə işləmək üçün özünə seçim etdi. Bu turnir Santuşa uğunlaşma üçün bir etap oldu.

Hər bir komandanın məqsədi olur: turniri birinci başa vurub final mərhələlərinə qatılmaq. Komandanın formalaşması üçün bu turnir Santuşun əlinə düşən ən yaxşı fürsətdir, ondan maksimum istifadə etməlidir. Futbolçuların yetişməsi, komandanın formalaşması üçün qələbə çox önəmlidir. Komandaya ruh gəlməlidir. Bu baxımdan, bütün oyunları uduzaraq komanda yaratmaq gələcəkdə problem yarada bilər. Komandanın özünə inamı, məşqçinin düzgün seçimi və bu oyunlarda qalib gəlməyimiz çox yaxşı olardı”.

Azərbaycan millisi C Liqasının 1-ci qrupunda sabah Qəbələ şəhər stadionunda Estoniya yığması ilə qarşılaşacaq. Oyun saat 18:00-da başlayacaq.

Fəxri Rüstəmli

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button