“Bütün ölkə bu mövzu ilə maraqlanır” – “Bayern” rəsmisi
“Bayern”in idman direktoru Maks Eberl Münhen komandasının yeni baş məşqçisinin təyinatı ilə bağlı həyəcanı yüksək qiymətləndirib.
Komanda.az “Bild”-ə istinadən xəbər verir ki, klub rəsmisi bütün ölkənin – Almaniyanın bu mövzu ilə maraqlandığını dilə gətirib:
“Mən şayiələri və fərziyyələri başa düşürəm. Onu da başa düşürəm ki, demək olar ki, bütün ölkə bu mövzu ilə maraqlanır. Bu mövzu Almaniyanın iki komandasının iştirak etdiyi Çempionlar Liqasının yarımfinalından daha maraqlıdır. Mən heç vaxt adları açıq şəkildə şərh etməmişəm, çünki təcrübədən bilirəm ki, müqavilə imzalanana qədər hər şey ola bilər.
Ralf Ranqnik? Ralf təklifimizi rədd etdi və səbəbləri bizə izah etdi”.
Hazırkı baş məşqçi Tomas Tuxel mövsümün sonunda klubu tərk edəcəyini bildirib.
Bizi Facebook-da izləyin