“Bütün mümkün ssenarilərə hazırıq” – Millinin çalışdırıcısı

İspaniya millisinin baş məşqçisi Luis de la Fuente UEFA Millətlər Liqasının Xorvatiya ilə keçiriləcək final matçından öncə gözləntilərini bölüşüb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bütün mümkün ssenarilərə hazır olduqlarını bildirib:

“Finalda iki əla komanda oynayacaq. Həm İspaniya, həm də Xorvatiya Avropanın ən yaxşı komandalarındandır. Oyundan həzz almağa çalışacağıq. Əsas məqsədimiz qələbə qazanmaqdır.

Bütün mümkün ssenarilərə hazırıq. Alınsa, əsas vaxtda qələbə qazanmaq istəyirik. Rəqib əlavə vaxtda daha çox təcrübəyə sahibdir. Lakin bu, futboldur. Finalda mübarizə aparırsansa, təcrübə də önəmli rol oynayır”.

Millətlər Liqasının İspaniya – Xorvatiya finalı bu gün, saat 22:45-də start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button