“Bütün komanda Mbappeyə qarşı müdafiə olunmalıdır” – İspaniyalı müdafiəçi

“Atletiko”nun müdafiəçisi Sezar Aspilikueta “Real”ın yeni hücumçusu Kilian Mbappe haqqında fikirlərini bölüşüb.

Komanda.az AS-a istinadən xəbər verir ki, ispaniyalı müdafiəçi, Mbappenin çox güclü futbolçu olduğunu bildirib:

“Mbappe çox güclü futbolçudur. Bütün komanda ona qarşı müdafiə olunmalıdır. O, hər zaman ən yaxşı şəkildə çıxış etməyə çalışan futbolçudur”.

“Real” 25 yaşlı fransalı forvardla müqavilə imzaladığını iyunun əvvəlində elan etmişdi. Mbappe “kral klubu” ilə 2029-cu ilin ortalarına qədər nəzərdə tutulan sözləşmə imzalayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button