“Bütün komanda it kimi mübarizə apardı”
“Liverpul”un futbolçusu Fabinyo, Çempionlar Liqasının yarımfinalının “Barselona” ilə cavab oyunundan sonra fikirlərini bildirib.
Komanda.az xəbər verir ki, braziliyalı yarımmüdafiəçi, 4:0 hesabıyla qələbə qazandıqları matçla bağlı bunları deyib:
“Yorğunluqdan ölmək üzrəyəm. Mövsüm boyunca belə anlar üçün çalışırıq. Səfərdə də yaxşı oynamışdıq, ancaq 0:3 hesablı məğlubiyyətə görə kədərlənmişdik.
Bu gün imkanlar əlimizə gəldi. Oyundan sonra azarkeşlərimiz möhtəşəm idi. Bütün komanda it kimi mübarizə apardı. Lionel Messiyə yaxın oynadım. Onun topla oynamasına maneə olmağa çalışdım. Sərgilədiyim oyundan razıyam”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin