Bütün İngiltərəni xoşbəxt edən cazibədar xanım – Yazı+Fotolar

İyulun 31-də futbol üzrə qadınlar arasında Avropa çempionatı başa çatdı. “Uembli”də 87 min azarkeşin izlədiyi qarşılaşmada İngiltərə Almaniyaya 2:1 hesabı ilə qalib gələrək, tarixində ilk dəfə çempion oldu.

Bütün İngiltərəni xoşbəxt edən qələbə qolunu isə cazibədar Hloe Kelli vurdu. O, 1998-ci ilin 15 yanvarında Londonda doğulub.

Komanda.az xəbər verir ki, Hloe uşaqlıqdan futbolu sevib, “Kuinz Park Reyncers” məktəbində oxuyub, sonra isə “Arsenal” akademiyasına keçib. 17 yaşında Kelli böyüklərin turnirində debüt edib və ilk matçında – Liqa kuboku uğrunda qarşılaşmada “Uotford”un qapısına qol vurub.

2016-cı ildə “Everton”a icarəyə verilib və iki il sonra Liverpul klubu onun müqavilə hüququnu alıb. 2020-ci ilin yayında isə bu qız “Mançester Siti” tərəfindən “ovlandı”.

Keçən mövsümün sonunda Kelli dizindən ağır zədə aldı və demək olar ki, bütün mövsüm müalicə olundu. Amma onun İngiltərə yığmasındakı yeri toxunulmaz idi: Kelli AÇ-2022-yə getdi və tarix yazdı!

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button