“Bütün hazırlığı Kipr və Azərbaycanla oyunlara görə qurmuşuq”

Futbol üzrə Lüksemburq yığma komandasının baş məşçisi Lyuk Holts Avstriyaya qarşı keçirdikləri yoxlama oyununu şərh edib.

Komanda.az xəbər verir ki, 51 yaşlı mütəxəssis 0:3 hesabı ilə uduzduqları oyundan sonrakı mətbuat konfransında UEFA Millətlər Liqasının qrup mərhələsində Kirp və Azərbaycana qarşı keçirəcəkləri görüşlərdən də danışıb:

“İlk yarıda çox yaxşı müdafiə olunduq. 60-cı dəqiqədən sonra işimiz çətinləşdi. Dəyişikliklərdən sonra sürət və dəqiqlik çatışmadı. Bu, komandanı oyun ritmindən çıxardı. Hazırda düşərgədə cəmi 23 futbolçu var. Heyətimiz elə də geniş deyil. Altı gündə 3 matça çıxırıq. UEFA-da kimsə yoldaşlıq görüşlərinin belə vaxtlarda keçirilməsindən narahat deyil? İşlərə futbol oynayıb-oynamadığından əmin olmadığım insanlar qərar verir.

Bütün hazırlığı Kipr və Azərbaycanla oyunlara görə qurmuşuq. Futbolçuların bu gün yenidən canlanmağa vaxtları olacaq”.

Qeyd edək ki, Lüksemburq noyabrın 14-də Kiprlə, 3 gün sonra isə Azərbaycanla üz-üzə gələcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button