“Bütün futbolçuların xoşbəxt olmasını istəyərəm, amma….” – Emeri
İngiltərənin “Arsenal” klubunun baş məşqçisi Unay Emeri futbolçuların transfer vəziyyətləri ilə bağlı açıqlama verib.
Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, 47 yaşlı mütəxəssis, Şkodran Mustafi və Məhəmməd Elneninin klubdan ayrılmasının vacib olduğunu deyib:
“Bəzi futbolçularımız heyətdəki vəziyyətlərini bilirlər. Məsələn, Mustafi və Elneni. Bütün futbolçuların xoşbəxt olmasını istəyərəm, amma onlara qarşı dürüst olmalıyam. Keçən mövsüm bu iki futbolçu çox oynamaq şansı qazanmadı. Onlarla çox danışdım. Klubdan ayrılmalarının onlar üçün daha yaxşı olacağını düşünürəm. Başqa bir kluba getsələr, daha çox oynamaq şansı əldə edərlər və karyeralarını daha xoşbəxt şəkildə davam etdirərlər.
Hər ikisi çox yaxşı futbolçudur, amma öz bacarıqlarını göstərmək üçün burda çox az şansları olacaq. “Arsenal”da qalsalar, əldə edəcəkləri şansla kifayətlənmələri lazım olacaq”.
Bizi Facebook-da izləyin