“Bütün futbolçular səylə çalışırlar” – Elmar Baxşıyev
Antalyadakı toplanış çərçivəsində baş tutan “Qəbələ” – “Boreç” oyunundan (1:0) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Elmar Baxşıyev matç barədə fikirlərini açıqlayıb.
Komanda.az sizi 42 yaşlı mütəxəssisin fikirləri ilə tanış edir:
“Düşündüyümüz plan üzrə ikinci oyunumuz oldu. Əsas məqsədimiz bütün komandanın oyun yükünü hiss etməsidir. Xətlərarası əlaqəni getdikcə daha da yaxşılaşdıracağıq. İlk iki oyun arasında fərqi hiss etdik. Komada gündən-günə daha artığını edəcək və yaxşı formada olmağa çalışacaq. Ümumi götürsək, komanda 10 gündür bir yerdədir. Az müddətdir. İlk turlarda 80-90 faiz optimal formaya yaxın olacağıq. İstəyərdik ki, geniş heyətimiz olsun. Amma hər şeyi nəzərə almalıyıq. Patrikin tez bizə qoşulmasını gözləyirik. Düşünürəm ki, çempionatda ağır da olsa, komanda boşluğu aradan qaldıra biləcək gücdədir. Komandadan meydançada istədiklərimizi görmək fikrindəyəm. Əsas onların yanaşması düzgün olmalıdır. Sevindiricidir ki, bütün futbolçular səylə çalışırlar. Mövsüm üçün hədəf qoymamışıq. Qarşıdakı görüşü fikirləşirik”.
Bizi Facebook-da izləyin