“Bütün fikirlərim yenidən meydana necə dönmək barədədir”

“Yuventus”un yarımmüdafiəçisi Pol Poqba karyerasının Fransa çempionatında davam etdirəcəyi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Komanda.az “Ekip”-ə istinadən xəbər verir ki, fransalı futbolçu bütün fikirlərinin yenidən meydana necə dönmək barəsində olduğunu söyləyib:

“İndi mənim komandam var. Bütün fikirlərim yenidən meydana necə dönmək barədədir. Sabahın nə gətirəcəyini heç vaxt bilmirsən. Ona görə də, heç vaxt heç vaxt demə”.

Poqba dopinq qalmaqlına görə 4 il müddətinə diskvalifikasiya edilmişdi. O, məhkəmədə qalib gələrək, cəzasını 18 aya endirməyi bacarıb və gələn ilin martında meydana qayıda biləcək.

31 yaşlı futbolçu ilə “Yuventus”un hazırkı müqaviləsi 2026-cı ilin iyunun sonunda başa çatacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button