“Barselona”nın qapıçısı qərarsızdır

“Barselona”nın qapıçısı Voyçex Şçesnı klubdakı gələcəyi ilə bağlı fikirlərini bölüşüb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, polşalı qolkiper hazırda yeni müqavilə ilə bağlı qərarlı olmadığını bildirib:

“Hazırda yeni müqavilə ilə bağlı qərarlı deyiləm. Bütün diqqətimi matçlara cəmləmişəm, enerjimi “Barselona”ya vermək istəyirəm və sonra vaxtım gələndə gələcəyimlə nə baş verəcəyini görəcəyik”.

Şçesnı ötən ilin oktyabrından “Barsa”da çıxış edir. 34 yaşlı futbolçu mövsümün sonuna qədər müqavilə imzalayaraq, komandaya azad agent kimi qoşulub. O, “Barselona”nın heyətində bütün turnirlərdə 14 oyun keçirib, 13 qol buraxıb və 8 matçda qapısını toxunulmaz saxlaya bilib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button