“Bu, mənim başıma gəlməməli idi” – Almaniyalı futbolçu
Almaniya millisinin vingeri Leroy Sane Avstriya yığması ilə yoldaşlıq oyununda (0:2) 49-cu dəqiqədə qırmızı vərəqə almasından danışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bu hadisəyə görə komanda yoldaşlarından üzr istədiyini söyləyib:
“Vyanada unudulmaz axşam oldu. Bu hərəkətimə görə paltardəyişmə otağında komanda yoldaşlarımdan üzr istədim. Bütün emosiyalarıma baxmayaraq, bu, mənim başıma gəlməməli idi, xüsusən də, indiki vəziyyətimizdə. Azarkeşlərimiz də çox təəssüflənirlər. 2024-cü ilin bizim üçün uğurlu olması üçün çox iş görməliyik”.
İkinci hissənin əvvəlində almaniyalı futbolçu emosiyalarını saxlaya bilməyib və avstriyalı müdafiəçi Filip Mvenenin üzünə zərbə endirib. Bundan sonra o, bu hərəkətinə görə qırmızı vərəqə alıb.
Bizi Facebook-da izləyin