“İnternetdə yazılanlar məni qətiyyən maraqlandırmır” – “Ukraynalı Neymar”
“Şaxtyor”un yarımmüdafiəçisi Mixailo Mudrik Avropanın aparıcı klublarının ona maraq göstərməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Ukraynalı Neymar” kimi də tanınan futbolçu, bütün diqqətini hazırkı komandalarına verdiyini deyib:
“Bir çox gənc futbolçu yüksək liqaya düşməyi xəyal edir, mən də istisna deyiləm. İnternetdə yazılanlar məni qətiyyən maraqlandırmır, şayiələrə fikir vermirəm. Bütün diqqətimi “Şaxtyor”da və Ukrayna millisində oynamağa vermişəm. “Şaxtyor”la etibarlı müqaviləm var, bütün diqqətimi klubun qarşısında qoyulan vəzifələri yerinə yetirməyə yönəltmişəm.
Təbii ki, imkan daxilində yüksək liqaların oyunlarını izləyirəm. “Bayern” çox güclü komandadır. Həmişə olduğu kimi, “Mançester Siti” möhtəşəm futbol nümayiş etdirir.
Amma mən “Arsenal”ın oyununa çox rəğbət bəsləyirəm – istedadlı məşqçi, gözəl və müasir futbol oynayan gənc, güclü oyunçular”.
Daha əvvəl Mudrikin “Arsenal”a gedə biləcəyi bildirilirdi.
Bizi Facebook-da izləyin