“Bütün diqqətimizi Bakıya çətin səfərə yönəltməliyik” – “Bayer”in vitse-kapitanı

“Bayer”in (Leverkuzen) vitse-kapitanı Conatan Ta Bundesliqanın 24-cü turunda “Köln” üzərində qazandıqları qələbəni (2:0) şərh edərkən Avropa Liqasının 1/8 finalındakı “Qarabağ”la ilk oyuna da toxunub.

Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Leverkuzen klubunun vitse-kapitanı onları Azərbaycana çətin səfər gözlədiyini söyləyib:

“Biz bütün diqqətimizi yorucu olacağını vəd edən Bakıya çətin səfərə yönəltməliyik. “Qarabağ”la görüşdən sonra isə “Volfsburq”la ev oyununa hazırlaşmalıyıq”.

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Bayer” matçına saat 21:45-də start veriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button