Bütün daxili idman tədbirləri təxirə salındı – Türkiyədə
Türkiyədə ötən gecə baş verən zəlzələ ilə əlaqədar bütün daxili idman tədbirləri təxirə salınıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin gənclik və idman naziri Mehmet Kasapoğlu yerli mətbuata açıqlama verib.
O bildirib ki, tədbirlər ikinci xəbərdarlığa kimi gerçəkləşməyəcək.
Türkiyədə 7,4 bal gücündə zəlzələ qeydə alınıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin