“Özümüzə gəlməliyik” – Ballak
Almaniya millisinin sabiq futbolçusu Mixael Ballak, Çempionlar Liqasında alman klubunun qalmaması haqqında açıqlama verib.
Komanda.az Almaniya mətbuatına istinadən xəbər verir ki, sabiq futbolçu, millidəki uğursuzluqlara da toxunaraq, Almaniya futbolunda böyük problemlərin olduğunu deyib:
“Dünya çempionatında mübarizəni tez dayandırdıq, Millətlər Liqasında liqadan düşdük. Çempionlar Liqasının 1/4 final mərhələsində klubumuz yoxdur. Bütün bunlar nələrisə səhv etdiyimizi göstərir. Mövcud vəziyyəti mülayimləşdirməyin bir mənası yoxdur. Bu vəziyyətə çarə tapmalı, özümüzə gəlməliyik”.
Almaniyanı Çempionlar Liqasında təmsil edən “Borussiya” (Dortmund) “Tottenhem”ə, “Bavariya” isə “Liverpul”a məğlub olaraq, mübarizəni dayandırıb.
Bizi Facebook-da izləyin