“Napoli” gürcü futbolçu ilə bağlı bəyanat yaydı

“Napoli” klubu mətbuatda Xviça Kvaratsxeliya ilə müqavilənin mümkün uzadılması ilə bağlı yayılan xəbərlərə cavab olaraq bəyanat yayıb.

Komanda.az klubun “tvitter” hesabına istinadən xəbər verir ki, “Napoli” bunların doğru olmadığını bildirib:

“Bəzi KİV orqanları gürcü futbolçunun agentlərinə yeganə mənbə kimi istinad edərək, Kvaratsxeliya ilə müqavilənin uzadılması üçün aparılan danışıqların davam etdiyi barədə xəbərlər yaymağa davam edir. Bütün bunlar cəfəngiyyatdır. Heç bir “Napoli” nümayəndəsi heç vaxt oyunçu ilə müddəti 4 ildən sonra başa çatacaq müqavilənin mümkün uzadılması barədə danışmayıb”.

Həmçinin bildirilir ki, klub prezidenti Aurelio De Laurentis öz oyunçularını rəqib komandalara mümkün keçidlərdən qorumaq istəyir, buna görə də, o, hücumçu Viktor Osimhenlə mövcud müqavilənin şərtlərini yaxşılaşdırmağı planlaşdırır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button