“Bu, “Atalanta”nın tarixi üçün əla nəticədir” – Qasperini

“Atalanta”nın baş məşqçisi Can Pyero Qasperini komandasının Avropa Liqasının 1/4 finalının “Liverpul”la ilk oyununda (3:0) əldə etdiyi inamlı qələbəni şərh edib.

Komanda.az “Football Italia”-ya istinadən xəbər verir ki, italiyalı mütəxəssis “Enfild”də Avropa Liqasının 1/4 finalında oynamaqdan çox qürur duyduğunu bildirib:

“Təşəkkür edirəm. Bu, “Atalanta”nın tarixi üçün, bütün azarkeşlər üçün əla nəticədir. “Enfild”də Avropa Liqasının 1/4 finalında oynamaqdan çox qürur duyuruq və bu nəticə həmişəlik bizimlə qalacaq. Kuboklar qazanmaq həmişə mümkün deyil, amma bizim kimi bir klubun tarixinə düşə bilsəz, bu, həm də çox şeyə dəyər”.

“Atalanta” ilə “Liverpul” arasında cavab matçı aprelin 18-də keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button