
Busketsdən “Real”ın futbolçusuna tərif
“Barselona”nın yarımmüdafiəçisi Serxio Buskets “Real”ın futbolçusu Kazemironu tərifləyib.
Komanda.az “Marca”ya istinadən xəbər verir ki, ispan futbolçu, Kazemiroya heyran olduğunu bildirib:
“Kazemiro dünyanın ən yaxşı yarımmüdafiəçilərindən biridir. O, meydanın mərkəzində komandasının oyununa nəzarət edir. Mən Kazemiroya heyranam. Həmişə“Real”ın futbolçularını qiymətləndirərkən obyektiv olmağa çalışıram”.
“Barselona” martın 20-də keçiriləcək “el-klasiko”da “Real”la qarşılaşacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin