“Busketsin nə qədər oynayacağını bilmirəm”

“İnter Mayami”nin baş məşqçisi Xavyer Maskerano yarımmüdafiəçi Serxio Busketsin mümkün gedişi ilə bağlı sualı cavablandırıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu deyib:

“Busketsin nə qədər oynayacağını bilmirəm, amma mənim üçün o, tarixin ən yaxşı yarımmüdafiəçilərindən biridir. “Nyu-York Siti” ilə matçdakı bu cür ötürmələr onun üçün ikinci xarakterə çevrilib. Ümid edirəm ki, o, bu mövsüm qalan oyunlarda bizə kömək edə bilər”.

37 yaşlı futbolçunun bu ilin sonunda, ABŞ klubu ilə müqaviləsi başa çatdıqdan sonra karyerasını sonlandıracağı gözlənilir. Buskets 2023-cü ilin yayından “İnter Mayami”də çıxış edir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button