
Buskets: “Avropaya qayıtmayacam”
“İnter Mayami”nin yarımmüdafiəçisi Serxio Buskets gələcəyi ilə bağlı fikirlərini bölüşüb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, Avropaya qayıtmayacağını söyləyib:
“Avropaya qayıtmayacam. Bunu qəbul etməli olduğum yaşdayam. Müqaviləmi yeniləyəcəm, yoxsa karyeramı bitirəcəm? Bu haqda hələ qərar verməmişəm. Amma müqaviləni yeniləməkdənsə, ayrılmağa daha yaxınam”.
Buskets 2023-cü ilin yayından “İnter Mayami”də çıxış edir. 37 yaşlı ispaniyalı futbolçu son mövsümdə bütün yarışlarda 31 oyun keçirib və 6 məhsuldar ötürmə edib. Onun ABŞ klubu ilə müqaviləsinin müddəti bu ilin dekabr ayının sonuna qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



