
Buskets komandasının səviyyəsinə şübhə edir
“İnter Mayami”nin yarımmüdafiəçisi Serxio Buskets komandasının səviyyəsini dəyərləndirib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı futbolçu Floridanı təmsil edən komandanın Klublararası dünya çempionatının səviyyəsinə cavab vermədiyini hesab edir:
“Biz belə turnirlərdə oynamaq səviyyəsində deyilik. Bununla belə, komanda mübarizə aparmaq niyyətindədir. Hər görüşə məsuliyyətlə yanaşacağıq. Qismət olsa, növbəti mərhələyə keçəcəyik”.
“İnter Mayami” Klublararası dünya çempionatının qrup mərhələsində “Portu”, “Palmeyras” və “Əl Əhli” (Misir) komandaları ilə qarşılaşacaq. Turnir iyunun 14-dən iyulun 13-dək ABŞ-da keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin