Buskets “İnter Mayami”yə gedir
“Barselona”nın yarımmüdafiəçisi Serxio Buskets gələn ilin yayında klubu tərk edə bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 34 yaşlı ispaniyalı mövsümün sonunda MLS klublarından “İnter Mayami”yə keçməyə hazırlaşır.
Futbolçunun Kataloniya klubu ilə müqaviləsi 2023-cü ilin yayında başa çatır.
Buskets bu mövsüm “Barselona”nın heyətində 5 oyuna çıxıb və bir qırmızı vərəqə alıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin