Qvardiola Busketslə bağlı söz-söhbətə aydınlıq gətirdi

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola “İnter Mayami”nin yarımmüdafiəçisi Serxio Busketsin mümkün transferi ilə bağlı sualı cavablandırıb.

Komanda.az “City Xtra”-ya istinadən xəbər verir ki, ispaniyalı çalışdırıcı, Busketsin Mayamidə çox xoşbəxt olduğunu bildirib:

“O, Mayamidə çox xoşbəxtdir! Orada havanın necə olduğunu bilirsizmi? O, çox məmnundur. Buskets Amerikaya köçəndən sonra onunla dəfələrlə danışmışam, amma onun bizə qoşulması haqda deyil. Bizim eyni agentimiz var və uzun illərdir əlaqə saxlayırıq”.

“Şəhərlilər” zədəli Rodriyə əvəzləyici tapa bilməyiblər, ona görə də, Qvardiolanın rəhbərliyi altında “Barselona”da parlayan 36 yaşlı ispaniyalı futbolçunun gəlişi ilə bağlı söz-söhbətlər yayılıb.

Busketsin “İnter Mayami” ilə müqaviləsi bu ilin sonuna qədər nəzərdə tutulub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button