15 saniyədə iki sarı vərəqə
“İnter Mayami”nin yarımmüdafiəçisi Serxio Buskets MLS-in “Çinçinnati” ilə görüşündə qırmızı vərəqə alıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı futbolçu 15 saniyədə iki sarı vərəqə alaraq, meydanı 63-cü dəqiqədə tərk edib. O, baş hakimlə mübahisə etdiyi üçün cəzalandırılıb.
Qarşılaşma “İnter Mayami”nin 1:6 hesablı məğlubiyyəti ilə başa çatıb. Bu nəticə Florida klubunun tarixində ən böyük fiasko olub.
35 yaşlı futbolçu bu mövsüm MLS-də 22 matçda iştirak edib, 1 qol vurub və 4 məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin