“Bursaspor” Namik Ələskərovla müqaviləyə xitam verəcək
Türkiyənin “Bursaspor” klubu Azərbaycan millisinin üzvü Namik Ələskərovla müqaviləyə xitam verəcək.
Komanda.az xəbər verir ki, bunu Türkiyə 1-ci liqasını tərk edən klubun prezidenti Ömər Burkan Banaz açıqlayıb.
Bu gün mətbuat konfransı təşkil edən klub rəhbəri əcnəbi futbolçuların hamısı ilə yollarını ayıracaqlarını deyib:
“Müqaviləsi davam edən 7 əcnəbi futbolçumuz var. İki gün ərzində bu məsələni müzakirə edəcəyik. “Bursaspor”un mənafeyinə uyğun, ən yaxşı şəkildə onlarla müqavilələri ləğv edəcəyik”.
Birinci liqada sona bir tur qalmış “Bursaspor”un aşağı liqaya düşməsi dəqiqləşib.
Namik Ələskərov cari mövsümün əvvəlində “Bursaspor”la 2+1 illik müqavilə imzalamışdı.
Bizi Telegramda izləyin
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin