“Biz şanslı insanlarıq” – “Tottenhem”in xilaskarı
Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab oyunları çərçivəsində səfərdə “Ayaks”a 3:2 hesabı ilə qalib gələn “Tottenhem”in futbolçusu Lukas Moura matçdan sonra açıqlama verib.
Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, oyunda komandasının hər üç qolunun müəllifi molan braziliyalı futbolçu, qələbəyə layiq oldularını deyib:
“Futbol inanılmazdır. Bu dəyişik hisslər futbolun bizə bir hədiyyəsidir. Biz şanslı insanlarıq. Həyatımdakı ən gözəl anı yaşadığım üçün bütün komanda yoldaşlarıma minnətdar olmalıyam. Burda yaşadıqlarım inanılmazdır. Nə hiss etdiyimi açıqlaya bilmirəm. Meydanda hər şeyi etdik və bu qələbəyə layiq olduq.
Bu oyunda təkcə mən yox, bütün komanda yoldaşlarım möhtəşəm idi. Həqiqətən, hər kəs çox çalışdı. “Ayaks”a qarşı mübarizə aparmaq çətindir, amma komanda yoldaşlarıma inanırdım. Hər oyunda belə mübarizə aparmalıyıq”.
Bizi Facebook-da izləyin