“Onunla danışıqlara başlamışıq, nə olacağını görəcəyik”

“Lion”un hücumçusu Nabil Fekir gələcəyi ilə bağlı açıqlama verib.

Komanda.az Fransa mətbuatına istinadən xəbər verir ki, 25 yaşlı futbolçu, “Lion”da xoşbəxt olduğunu deyib:

“Növbəti mövsüm nə olacaq, bilmirəm, amma “Lion”da özümü yaxşı hiss edirəm. Burda xoşbəxtəm, prezidentimiz də mənə güvənir. Onunla danışıqlara başlamışıq, nə olacağını görəcəyik.

Komanda olaraq Çempionlar Liqasına getməyi hədəfləyirik. Bundan başqa, Fransa kubokunda yarımfinaldayıq. Hələ də vacib hədəflərimiz var”.

“Lion”la 2020-ci ilədək müqaviləsi olan Fekir, bu mövsüm iştirak etdiyi 31 oyunda 12 qol vurub, 7 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button