“Xoşbəxtəm” – “Mançester Yunayted”in yeni transferi

Patrik Dorqu “Mançester Yunayted”ə keçidi ilə bağlı emosiyalarını bölüşüb.

Komanda.az “qırmızı şeytanlar”ın rəsmi saytına istinadən xəbər verir ki, 20 yaşlı müdafiəçi qısa zamanda işə başlamaq istədiyini bildirib:

“Bir ailənin üzvü olmaq gözəl hissdir. Mən həqiqətən, ən qısa zamanda işə başlamaq istəyirəm. Azarkeşlərdən inanılmaz dəstək eşitdim və indi “Mançester Yunayted” oyunçusu olduğum üçün xoşbəxtəm. Bu, İngiltərənin ən böyük klubudur və mən yeni çalışdırıcı Ruben Amorimlə işləməyi səbirsizliklə gözləyirəm. Sistemin mənə çox uyğun olduğunu düşünürəm. Burada olmaqdan çox şadam”.

Danimarkalı futbolçu “Mançester Yunayted”ə “Leççe”dən keçib. O, bu mövsüm bütün turnirlərdə 23 oyun keçirib, 3 qol vurub və 1 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button