“Burda olduğum üçün xoşbəxtəm” – Alleqri
“Yuventus”un baş məşqçisi Massimiliano Alleqri, klubdakı gələcəyi ilə bağlı açıqlama verib.
Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, 2014-cü ildən “qoca sinyora”nı çalışdıran 51 yaşlı mütəxəssis, mövsümün sonunda “Real” və ya “Mançester Yunayted”in “sükanı arxasına” keçmək ehtimalını dəyərləndirib:
“Gələcəkdə nə baş verəcəyini bilmirik. Beş ildir ki, “Yuventus”dayam və bu klubla müqaviləm var. Burda olduğum üçün xoşbəxtəm. Hazırda bu mövsüm görüləcək işlərimizə köklənmişəm. Biz superkuboku qazandıq, indi də A Seriyasını və Çempionlar Liqasını qazanmalıyıq”.
İtaliyalı mütəxəssisin “Yuventus”la 2020-ci ilədək müqaviləsi var.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin