“Buraya gəlməzdən əvvəl Lo Çelsonu çox yaxşı nəzərdən keçirdim”
“Tottenhem”in baş məşqçisi Angelos Postekoqlu komandanın yarımmüdafiəçisi Covanni Lo Çelsonun gələcəyi barəsində danışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 58 yaşlı mütəxəssis argentinalı futbolçunun çox yaxşı keyfiyyətlərə malik olduğunu bildirib:
“Buraya gəlməzdən əvvəl Lo Çelsonu çox yaxşı nəzərdən keçirdim . Onun çox yaxşı keyfiyyətlərə malik olduğunu görürsən. Texniki cəhətdən çox yaradıcı oyunçudur. Növbəti bir neçə həftə ərzində o, meydançaya çıxmaq imkanı əldə edəcək”.
Lo Çelso bu mövsüm bütün turnirlərdə 4 oyun keçirib. Futbolçunun londonlularla müqaviləsi 2025-ci ilin yayına qədər nəzərdə tutulub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin