“Heç bir izahat yoxdur” – “Barselona” rəsmisi

“Barselona”nın idman direktoru Jordi Kroyff Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turunda “İnter”lə keçirilən oyunun (3:3) nəticəsini şərh edib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, klub rəsmisi buraxılan üç qolun məqsədə çatmağı çətinləşdirdiyini deyib:

“Məyusluq hissi keçirirəm. Komanda hər şeyi etdi. Buraxılmış üç qol məqsədə çatmağı çox çətinləşdirir. Əvvəlcə qol vurmaq vacib idi, bu da oyunu dəyişdi. Lakin heç-heçə 48-ci dəqiqədə bizi öldürdü. Heç bir izahat yoxdur.

Bəzi itkilərimiz var, komanda fərqli oynayır. İndi biz rəqibdən asılıyıq. “İnter” qalib gəlsə, üzüləcəyik. Yaxşı başladığımız İspaniya liqasını da unutmadan, geridə qalan Çempionlar Liqası matçlarında qalib gəlməliyik. Yıxılanda ayağa qalxmalısan. Futbolçular buna öyrəşiblər. Məyusluq davam edir, amma oyunçular “Real”la növbəti matçın nə qədər vacib olduğunu bilirlər. Həmin oyuna güclü çıxacaqlar”.

4 turdan sonra “Barselona” 4 xalla turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb. “İnter” isə 7 xalla ikinci pillədədir. Turnir cədvəlinə “Bayern” başçılıq edir (12).

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button