Burak Yılmaz “Kayserispor”da – Rəsmi

Türkiyəli mütəxəssis Burak Yılmazın yeni iş yeri müəyyənləşib.

Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, o, “Kayserispor”a baş məşqçi təyin olunub. 38 yaşlı mütəxəssislə imzalanan müqavilənin detalları hələlik açıqlanmayıb.

Burak Yılmazın son klubu “Beşiktaş” olub. O, ötən ilin oktyabrında Şenol Günəşin istefa verməsindən sonra bir ay komandaya rəhbərlik edib.

“Kayserispor” hazırda Türkiyə Super Liqasının turnir cədvəlində 26 xalla 12-cidir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button